Firədun Nadir oğlu İbrahimov, Sevinc İlqar qızı Kərimova

TƏHSİLALANMƏRKƏZLİ TƏLİM SİSTEMİNİN FƏLSƏFİ-METODOLOJİ ƏSASLARI

Xülasə. Məqalədə müxtəlif elmi mənbələrdə “təlim” anlayışı ilə bağlı şərhlərdə fikir müxtəlifliyinə diq­qət yönəldilir. Vurğulanır ki, mükəmməl tə­lim sisteminin nəzəri və praktik əsas­la­rının işlənilməsi didak­tikanın mər­kəzi problemidir, daha səmərəli nəticələri hədəfləyən didaktik sistemlərin axtarışı zəruri və da­vam­lı prosesdir. İddia olunur ki, təhsilin həyata keçirilməsinin mühüm yollarından biri olaraq dərk edilən “mü­kəmməl təlim prosesi”nin təhsialanmərkəzli (bu, onun emercent əlaməti kimi qəbul olunur!) və tə­h­si­lalanlarda IV sənaye inqilabının çağırışlarına uyğun bacarıqların formalaşmasını şərtləndirən sistem kimi in­terpretasiya edilməlidir. Vurğulanır ki, təlim prosesinin idarə olunması üçün elmin və praktikanın nai­liy­yət­ləri ilə ayaqlaşan elmi fəlsəfənin nəzəri-metodoloji əhəmiyyəti olduqca böyükdür və bu prosesdə şa­gird­lərin idrak fəaliyyətinin idarə olunması, əqli qabiliyyətlərinin inkişafı yalnız o şərtlə mümkündür ki, təfəkkür pro­sesinin qanunauyğunluqları, elmi idrakın forma və metodlarının xüsusiyyətləri və dialektik əlaqələri daim nəzərə alınsın.

Bu işdə təlim prosesinin idarə olunmasına öz-özlüyündə idrak məsələsi kimi baxmağın məntiqiliyi diqqətə çatdırılır. Təlim prosesində səmərəli nəticələrin reallaşması üçün praktik pedaqoqun idarəetmə fəa­liy­­yətinin müəyyənləşdirilməsində gerçəkliyin dərk olunması və dəyişdirilməsi metodları haqqında dia­lek­ti­ka və idrak nəzəriyyəsinin tərkibləri kimi ehtiva edilən komponentlərə istinad etməsinin məqsədəuyğunluğu diq­qət mərkəzinə çəkilir və bu “imkandaşıyıcı komponentlər”i özündə saxlayan fikrin hərəkət forması həmin pro­sesin idarə olunmasının metodoloji əsası kimi dəyərləndirilir.

Açar sözlər: təlim; dialektika; idrak nəzəriyyəsi; elmi tədqiqat metodları; elmi idrak formaları; problem; idrak məsələsi; əqli fəaliyyətin növləri; dərrakəli və zəkalı fəaliyyət; hissi intuisiya; intellektual intiusiya; ideya; prinsip; nəzəriyyə.

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI