Telman Həmzağa oğlu Cəfərov

İKİDİLLİ VƏ ÇOXDİLLİ TƏLİMİN STANDARTLAŞDIRILMASI VƏ MÜVAFİQ KONSEPSİYANIN QƏBULU VACİBDİR

Xülasə. Məqalədə yer alan fikir və dəlillər ölkəmizin təhsil reallıqlarından irəli gəlir. Tədris praktikası və dil situasiyası bilinqval təlim modelinin tətbiqi ilə bağlı problemin kompleks şəkildə həllini, ölkəmizdə dil­lərin öyrədilməsində mövcud olan təcrübədən imtina olunmasını və tədris dili kimi onların statusunun dəyişdirilməsini aktuallaşdırır.

Öz müşahidələrimizdən, yaxın qonşu ölkələrin təcrübəsindən, qeyri-dövlət dillərində tədris situasi­ya­sının təhlilindən çıxış edərək, o nəticəyə gəlmişik ki, respublikamızda ikidilli və çoxdilli təlimə keçid üçün 1) lazımi qanunvericilik bazasını; 2) müvafiq konsepsiya və standartları; 3) tədris planları və tədris resurslarını hazırlamaq vacibdir.

Açar sözlər: tədris praktikası, ölkəmizin təhsil reallıqları, qonşu ölkələrin təcrübəsi, konsepsiya və standartlar

 

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI