Əsmət İdris qızı İsmayılxanova
İNSAN
ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA TƏLİM-TƏRBİYƏNİN ROLU
Xülasə. Müəllif məqalədə bildirir ki, müasir cəmiyyətin inkişafı, hadisələrin başvermə səbəbləri, hərəkətverici qüvvələri, qanunauyğunluqları haqqında hal-hazırda metafizik və dialektik inkişaf konsepsiyası hazırlanmışdır. İnsan şəxsiyyətinin formalaşmasında təlim-tərbiyənin rolunun vacib olduğunu deyərək qeyd edir ki, hal-hazırda bu prosesdə üç amilin rolunun olduğunu dünya alimləri də təsdiq edirlər. Bunlar təlim-tərbiyə, mühit və irsiyyətdir. Lakin elə tədqiqatçılar vardır ki, bunlardan bir qrupu şəxsiyyətin formalaşmasında tərbiyəyə, digərləri irsiyyətə, başqa bir qrup alimlər isə mühitə üstünlük verirlər. Müəllif bu məsələdə öz fikirlərini söyləməklə bərabər qeyd edir ki, hər bir insan bilməlidir ki, onlar hansı amillərin təsiri altında inkişaf etmişdir və onların şəxsiyyət kimi formalaşmasına mühit, irsiyyət və tərbiyə nə dərəcədə təsir göstərmişdir. Məqalədə İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”dən, “Dədə Qorqud”dan sitat gətirərək uşağın şəxsiyyət kimi formalaşmasında ailənin və məktəbin rolundan da bəhs olunur. Sonda müəllif belə bir fikir söyləyir ki, hər bir valideyn dünyaya gətirdiyi övladı üçün cavabdehdir və onu düzgün, təlim-tərbiyənin diktə etdiyi prinsiplər əsasında tərbiyə etməlidir.
Açar sözlər. metafizika,
dialektika, tərəqqi, irsiyyət, psixoloji, bioloji, fizioloji, qavrayış, təfəkkür,
təkamül, eksperiment, təvazökarlıq
