Rəhiməxanım Rzabala qızı Məmmədzadə
TƏLƏBƏLƏRİN
MƏNƏVİ KEYFİYYƏTLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİ ÜZRƏ İŞLƏRİN PLANLAŞDIRILMASI
Xülasə. İnstitut və universitetlərdə tədris prosesində - mühazirə və seminarlarda tələbələrə bilik və məlumatlar verilir, onların peşəkar bacarıqları formalaşdırılır, təhsili də diqqət mərkəzində saxlanılır. Ancaq təlimdən sonra bu iş davam etdirilməlidir. Ümumtəhsil müəssisələrində və kolleclərdə olduğu kimi, ali təhsil müəssisələrində də tələbələrin tədris işləri ilə yanaşı, tələbələrin asudə vaxtlarında dərsdənkənar fəaliyyətləri də nəzərdə tutulur.
Açar sözlər: planlaşdırma, tərbiyə işinin planlaşdırılması, tələbələr, tələbə qrupu,
qrupun kuratoru
