Jalə Tofiq qızı Abbaszadə

BAYATI VƏ LAYLALARIN TƏRBİYƏVİ XÜSUSİYYƏTLƏRİ

 Xülasə. Məqalə Azərbaycan xalqının folklor irsinə daxil olan bayatı və laylaların tərbiyəvi və pedaqoji xüsu­siyyətlərini əhatə edir. Bayatılar, ənənəvi şeir və musiqi forması kimi, qısa və təsirli şəkildə əxlaqi dəyər­ləri, dostluğu, ailə birliyini və təbiət sevgisini tərənnüm edir. Onlar xalqın həyat fəlsəfəsini, dünya­görü­şünü və dərin mənəvi mesajlarını özündə əks etdirir. Laylalar isə körpələrin yatdırılması üçün istifadə olu­nan, ana sevgi və şəfqətini ifadə edən mahnılardır. Onlar uşaqların sakitləşdirilməsinə, psixoloji rifahının tə­min olunmasına və estetik zövqünün inkişafına töhfə verir. Nəticədə, bayatı və laylaların həm psixoloji, həm də tərbiyəvi potensialının geniş olduğu göstərilir.

Açar sözlər: bayatı, layla, xalq, cəmiyyət, ailə

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI