Ramilə Babək qızı İsmayılxanova
ÜMUMTƏHSİL
MƏKTƏBLƏRİNDƏ İKT-dən İSTİFADƏNİN TƏLİMİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİNƏ TƏSİRİ
Xülasə.
Bu məqalədə müəllif bildirir ki, İKT-yə aid bütün biliklərə yiyələnməyin yolu
ümumtəhsil müəssisələrindən başlayır. Təhsil Nazirliyi tərəfindən 2010-cu il
tarixə “Təhsildə İKT ili” kimi düşmüşdür. Artıq bu sahədə müxtəlif təmayüllü
konfranslar, seminarlar, stimullaşdırıcı aksiyalar, müsabiqələr keçirilmişdir.
Məktəblərin böyük bir hissəsi ağıllı lövhə, noutbuk və kompüterlərlə təchiz
olunmuşdur. Müəllif bildirir ki, müəllimlərin fikrincə İKT-dən istifadə şəraitində
təlim prosesinin əsas mərkəzi fiquru şagirddir. Bu prosesin digər iştirakçısı
isə fasilitator “bələdçi” rolunu oynayan şagirdlərin əsas məsləhətçisi, onların
biliyini, qabiliyyətini qiymətləndirən, daim təşəbbüskarlığa, aktiv olmağa,
müstəqilliyə təşviq edən müəllimdir.
Müəllifin fikrincə, təhsilin keyfiyyətinə
müsbət təsir göstərən fəal təlim texnologiyalarının tətbiqi müasir dövrün ən
aktual məsələsidir. Bu baxımdan şagirdlərə müəllimlər tərəfindən daha əlverişli
şərait yaradılmalıdır.
Açar
sözlər. Kompüter, noutbuk,
humanistləşdirmə, demokratikləşdirmə, fasilitator, texnologiya, “ağıllı” lövhə,
inteqrasiya, fərdiləşmə,
diferensiallaşdırma
