Maya Rəhim qızı Qasımova

ŞAGİRDLƏRİN RABİTƏLİ NİTQİNİN İNKİŞAFI ÜZRƏ İŞİN TƏŞKİLİNDƏ SON NƏŞR II SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİYİNİN İMKANLARI

Xülasə. İnsanın bir şəxsiyyət kimi formalaşmasını şərtləndirən amillərdən biri onun ana dilinə yiyə­lən­məsi və bu dildən mükəmməl şəkildə istifadə etmək ba­ca­rı­ğı­na sahib olmasıdır. Bu baxımdan təhsilin ilk pillə­lərindən başlayaraq, dil tə­limini elmi əsaslar və düzgün strategiyalar üzə­­rində qurmaq; şagirdlərin səlis, aydın nitqə yi­yələn­məsi üçün sistemli iş aparmaq lazımdır. Məqalədə ibtidai sinif şagirdlərinin rabitəli nit­qinin inki­şaf etdirilməsi üzrə işin təşkilində son nəşr II sinif Azərbaycan dili dərs­li­yinin im­kanları araşdırılır, dərs­­lik­də təq­dim olunan nəzəri və praktik ma­te­rialların fənn kurikulumu üzrə məz­­­mun stan­dart­la­rını real­laşdır­maq baxımından ye­tərlilik səviyyəsi təhlil edi­lir.

Açar sözlər: ibtidai sinif şagirdləri, 2-ci sinif Azərbaycan dili dərsliyi, rabitəli nitqin inkişafı, dərsliyin imkanları.

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI