Aynur Valeh qızı Qarayeva
AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ
LEKSİKOQRAFİYANIN TƏDRİSİ
Xülasə. Leksikoqrafiya lüğətlərin tərtib edilməsinin
həm praktikası və nəzəriyyəsi ilə məşğul olur. Lüğətlərdə müxtəlif sözlər müəyyən
qayda ilə düzülür, şərh olunur. Lüğətlər diaxron və həm sinxron aspektdə tərtib
edilir. Linqvistik lüğətlərdə dilin mövcud materialları lüğətin məqsəddən asılı
olaraq müxtəlif aspektlərdən izah edilir. Lüğətlərin köməyi ilə sözlərin
qədim və müasir formalarının, mənalarının təhlilini aparmaq, müxtəlif tarixi
dövrlərdə onların işlədilməsinin dəqiqləşdirmək imkanı əldə edilir. Müstəqillik
illərində lüğətçilikdə milli leksikoqrafiya ənənələrini təkmilləşdirməklə sürətli
inkişaf diqqəti cəlb edir. Bu gün leksikoqrafiya
yeni bir dövr, mərhələ yaşayır. Son dövrlər qlobal internet şəbəkəsi yaranması
ilə əlaqədar olaraq lüğətlərin tərtibində dəyişiklik baş vermişdir. Müasir
leksikoqrafiyanın əsas inkişaf istiqamətlərindən biri lüğətlərin kompüterləşdirilməsi,
elektronlaşmasıdır. İnternet istifadəçiləri üçün nəzərdə tutulmuş elektron lüğətlərin
yaradılması leksikoqrafiyanın inkişafında yeni mərhələdir. Bu gün müasir
dilçiliyin marağına səbəb olmuş elektron lüğətlərin sayı durmadan artır. Mövcud
olan axtarış sistemləri əsasında məlumatları müxtəlif elektron lüğətlərdən tapmaq
mümkündür. Lüğətlərin keyfiyyətini yüksəltmək bu gün Azərbaycan dilçiliyinin
qarşıda duran ən mühüm vəzifələrdəndir.
Açar sözlər: lüğət,
leksikoqrafiya, izah, söz, lüğətçilik
