Rasim Yusif oğlu Şükürov, Cəmilə Vasif qızı Əsgərova

İBTİDAİ SİNİFLƏRİN RİYAZİYYAT DƏRSLƏRİNDƏ MODUL TƏLİM TEXNOLOGİYASINDAN İSTİFADƏNİN ZƏRURİLİYİ

Xülasə. Məqalədə ibtidai siniflərin riyaziyyat dərslərində modul təlim texnologıyasından istifadənin zəruriliyi araşdırılır, şəxsiyyətin formalaşmasında ibtidai təhsilin xüsusi əhəmiyyət kəsb etdiyi, ibtidai təhsilin şagirdlərin inkişaf prosesinin sonrakı təhsil pillələrindən əsaslı surətdə fərqləndiyi göstərilir, məhz bu dövrdə xüsusi biliklərin, bacarıqların və vərdişlərin əldə olunmasının, müxtəlif fəaliyyət növlərinə yiyələnmənin və ümumi inkişafın təməli qoyulması qeyd olunur. Həmçinin ibtidai siniflərdə riyaziyyatın müxtəlif mövzularının ayrı-ayrı modullara bölünərək hər bir modulda spesifik bacarıqların inkişafına yönələ bilməsi göstərilir.

Açar sözlər: modul, təlim, texnologiya, ibtidai təhsil , dərs, metodlar

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI