Leyla Qabil qızı Orucova
ALİ MƏKTƏBLƏRDƏ
AZƏRBAYCAN TARİXİNİN DİGƏR TÜRK XALQLARI VƏ DÖVLƏTLƏRİNİN TARİXİ İLƏ İNTEQRATİV
TƏDRİSİ PROBLEMİNİN TƏDQİQİNƏ DAİR
Xülasə. Məqalədə ali məktəblərdə Azərbaycan tarixinin
digər türk xalqları və dövlətlərinin tarixi ilə inteqrativ tədrisi probleminin
tədqiqi səviyyəsi araşdırılmışdır. Araşdırmalar prosesində həm Azərbaycan, həm
də xarici ölkə alimlərinin problemə dair fikir və mülahizələri təhlilə cəlb
edilmişdir. Apardığımız təhlillər göstərdi ki, ali məktəblərdə Azərbaycan
tarixinin digər türk xalqları və dövlətlərinin tarixi ilə inteqrativ tədrisi
yolları bu günə kimi tədqiqat obyekti kimi seçilməmişdir. Bir çox
tarixçi-metodistlər həmin problemi öz elmi əsərlərində qismən şərh etməklə kifayətlənmişlər.
Açar
sözlər: ali məktəb, tədris,
təhlil, inteqrativ, tədqiqat.
