Günel Kərim qızı Hacıyeva
İNGİLİS DİLİNİN TƏDRİSİNDƏ
YUXARI KURS TƏLƏBƏLƏRİNİN NİTQLƏRİNDƏ İDİOMATİKLİK VƏ AUTENTİKLİK MƏSƏLƏLƏRİ
Xülasə. Məqalə dil fakültələrinin yuxarı (III-IV) kurslarında ingilis dilinin tədrisi
prosesində idiomatik ifadələrin autentik materiallarla mənimsədilməsinin üstünlüklərini
təqdim edir. İngilis dilinin öyrədilməsinin səmərəliliyinin ilkin şərtlərindən
biri bu dili dildaşıyıcılarının öz dilindən eşitmələridir. Tədrisdə autentik
materiallardan istifadə tələbələrin dildaşıyıcılarının tələffüzünə,
intonasiyasına, danışıq sürətinə və üslubuna bələd olmaları üçün yardımçı vasitədir.
İdiomların tədrisi isə tələbələrin obrazlı və ifadəli nitq vərdişlərinə yiyələnmələrinə,
ekspressiv kommunikativ kompetensiyaya malik olmalarına bilavasitə zəmin
yaradır.
Açar sözlər: idiomlar, ekspressiv ifadə vasitələri, autentik mətnlər, dildaşıyıcıları, dilin təbii mənzərəsi
