Xanım Hüseyn qızı Qədimova, Aysel Azər qızı Qədimova

QƏDİM ŞƏRQ SİVİLİZASİYALARI: PEDAQOJİ FİKİR VƏ TƏHSİL

Xülasə. Məqalədə qədim sivilizasiyalarından olan Qədim Misir, Hindistan və Çində məktəb təhsili, tərbiyə, pedaqoji fikir məsələlərindən bəhs edilir.

Qədim Misirdə ailə tərbiyəsi əsas rol oynamışdır. Tədris bir neçə mərhələli idi. Məktəblərdə əsasən firon, ali zadəganların və varlı ailələrin övladları oxuyurdu.

Qədim Hindistanda tərbiyə və təhsil kastalar arasında fərqlənirdi. Ali kastaların (kahinlər, döyüşçülər, əkinçilər) oğlanları üçün təhsil məcburi idi. Şagirdlər müəllim – qurunun evində yaşayır, Veda mətnlərini əzbərləyirdilər. Buddizmin yaranması ilə monastırlarda hamıya təhsil almaq imkanı verildi.

Qədim Çində ilk məktəblər syan, syuy adlanırdı. Təhsil yalnız varlı ailələrin uşaqları üçün əlçatan idi və əxlaq, yazı, hesablama, musiqi, oxatma, at sürmə kimi altı sənəti əhatə edirdi. Heroqlifik yazı əsas öyrənmə məqsədi idi. Konfutsi (e.ə. 551–479) məktəbi dialoq və nümunəyə əsaslanırdı.

Açar sözlər: Qədim Misir, mərhələli təhsil, qədim Hindistan, kastalar, müəllim-quru, Buddizm, qədim Çin, Konfutsi məktəbi. 

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI