Rafael Mail oğlu Əliyev
ABDULLA ŞAİQİN YARADICILIQ ÜSLUBU VƏ UŞAQ ŞEİRLƏRİNİN POETİK SİSTEMİ
Xülasə. A. Şaiqin zəngin
yaradıcılığında uşaq şeirləri mühüm bir hissədir. O, Azərbaycan ədəbiyyatı tarixində
şair, nasir, dramaturq, tərcüməçi, publisist kimi tanınmışdır. Pedaqoji fəaliyyəti,
dərsliklərin, proqramların hazırlanmasında müstəsna xidmətləri vardır. Məhz bu
zənginlikdə ən diqqəti cəlb edən tərəf onun yaradıcılıq üslubunun
müəyyənləşməsi, bədii düşüncəsinin enerji qaynaqlarının aydınlaşmasıdır.
Uşaqlar üçün yazdığı əsərlər ədibin dil sənətkarlığını, bədii düşüncəsinin
üslub özəlliklərini aydınlaşdırmaq üçün əsaslı faktura ilə səciyyələnir. Ona
görə də onun şeirləri uşaq ədəbiyyatının spesifikasını, mahiyyətindəki ecazkarlığı
aydınlaşdırmaq baxımından müstəsna dəyər qazanır.
Açar sözlər: A. Şaiq, uşaq
ədəbiyyatı, uşaq poeziyası, yaradıcılıq üslubu, poetik sistemi, uşaq
dərslikləri.
