Nazim Kazım oğlu Kazımov
AZƏRBAYCANDA MUSİQİ TƏHSİLİNİN FORMALAŞMASINDA ÜZEYİR HACIBƏYLİNİN TARİXİ ROLU
Xülasə. Təqdim olunan məqalədə dahi bəstəkar, musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin Azərbaycanda musiqi mədəniyyətinin və musiqi təhsilinin formalaşmasında müstəsna xidmətləri vurğulanır. Onun məktəb, təhsil və ana dilinin tədrisi məsələləri, Avropa təhsil sistemi nümunəsi əsasında Azərbaycan təhsilinin müasirləşdirilməsi ilə bağlı dəyərli fikirləri açıqlanır. Üzeyir bəyin Şərq və Qərb musiqi ənənələrinin sintezi əsasında milli musiqi məktəbinin əsasını qoyması, Azərbaycan musiqisinin zəngin və müstəqil irs kimi meydana çıxması onun müxtəlif məqalələrinin tədqiqi əsasında ümumiləşdirilmiş şəkildə təqdim olunur.
Açar sözlər: Üzeyir Hacıbəyli, musiqi təhsili, Qori seminariyası, Asəf Zeynallı, musiqi kolleci
