Sevinc Tofiq qızı Vəliyeva
ÜZEYİR
HACIBƏYLİNİN HEKAYƏLƏRİ TƏRBİYƏ VASİTƏSİ KİMİ
Xülasə. Üzeyir Hacıbəyli görkəmli bəstəkar,
yazıçı, dramaturq, tərcüməçi, jurnalist, ictimai xadim kimi səmərəli fəaliyyət
göstərirdi. O, son dərəcə mənalı həyat yolu keçmiş, Azərbaycanda, eyni zamanda
islam aləmində operanın əsasını qoymuşdur. Üzeyir bəy “Leyli və Məcnun”, “Şah
Abbas və Xurşid banu”, “Əsli və Kərəm”, “Harun və Leyla”, “Rüstəm və Söhrab”,
“Koroğlu” operalarının müəllifidir.
“Leyli və Məcnun” onun ilk operası, “Koroğlu” operası
isə görkəmli bəstəkarın şah əsəridir. Üzeyir bəy Hacıbəyli dəyərli operalarla
yanaşı “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” musiqili
komediyalarını, bir çox səhnəciklər, felyeton, məqalə və hekayələr
yazmışdır. Məqalədə Üzeyir Hacıbəylinin hekayələri tərbiyə vasitəsi kimi nəzərdən
keçirilir.
Açar sözlər: Üzeyir
Hacıbəyli, satirik hekayələr, tərbiyə, tərbiyə məsələləri, bədii yaradıcılıq
