Müseyib İbrahim oğlu İlyasov, Pərvanə İldırım qızı İmanova

GƏLƏCƏK MÜƏLLİMLƏRDƏ KOMMUNİKATİV SƏRİŞTƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ

Xülasə. Təhsil davamlı bir prosesdir. Gələcək müəllimlərin peşəkar mükəmməllik zirvələrinə doğru in­kişafı xüsusi əhəmiyyət kəsb edir. Buna nail olmaq üçün universitet məzunu yalnız peşəkar bacarıqlara de­yil, həm də əsasları məktəbdə formalaşan və sonra tələbənin peşə oriyentasiyasına uyğun olaraq universitetdə in­kişaf etdirilən kommunikativ səriştələrə sahib olmalıdır. Müasir təhsilin nəticəsi qazanılmış səriştələrdir, yə­ni məzunların istənilən peşə vəzifələrini yerinə yetirmək istəyi, bacarığı və hazırlığıdır. Universitet məzununun kommunikativ səriştəyə yiyələnməsi onun əmək bazarında rəqabət qabiliyyətinin güclənməsinə tə­sir göstərir. Gələcək mütəxəssisin uğur qazanma qabiliyyəti, karyera yüksəlişinə nail olması, planlarına uy­ğun cəmiyyətdə layiqli mövqe tutması, əsasən "kommunikativ səriştənin inkişaf səviyyəsindən" asılıdır.

Açar sözlər: kommunikativ səriştə, ünsiyyət, təhsilin davamlılığı, peşə inkişafı, özünütəhsil.

Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI