Firədun Nadir oğlu İbrahimov, Vüqar Əbülfət oğlu Abdurahmanov

TƏHSİLALAN MƏRKƏZLİ TƏLİMİN TƏŞKİLAT FORMASINDA ANALİTİK VƏ EVRİSTİK FƏALİYYƏT NÖVLƏRİNİN TƏNZİMLƏNMƏSİ

Xülasə. Məqalədə göstərilir ki, fərd real aləm haqqında özünün bütün biliklərini yalnız öz təcrübəsi əsa­sında deyil, ümumiyyətlə, bəşəriyyətin təcrübəsindən istifadə etməklə əldə edir və bu məntiqə dayanaraq id­dia etmək olar ki, təhsilalanlar da təlim prosesində həm bilikləri hazır şəkildə, həm də öz potensial im­kan­la­rına müvafiq müvafiq müstəqil yolla əldə etmək təcrübəsini mənimsəməlidirlər. Odur ki, təlim prosesində təh­silalan əqli fəaliyyətin analitik və evristik növlərinin fəal subyektinə çevrilməlidir. Analitik və evristik fəaliyyətin optimal münasibətlərini o təlim sistemi ehtiva edir ki, o təhsilalan mərkəzli əlamətə malik olur .

İşdə vurğulanır ki, təhsilalanın optimal psixi inkişafı və əqli proseslərinin aktivliyi şərtlərinin diqqət mər­kəzində saxlanılması, tələbat, motiv, maraqlarının, emosional faktorların inkişaf xüsusiyyət və qa­nu­na­uy­ğun­luqlarının gözlənilməsi prosesinin idarə olunması üçün xüsusi əhəmiyyətə malikdir və təlim prosesinin ma­hiyyəti ilə bağlı təzahür edən  dialektikasında özünə yer alan komponentlərin və bunlar arasındakı münasibətlərin (asılılıq və şərtlənmə münasibətlərinin)  kateqoriyalarının kontekstində formalaşdırılması arxa plana keçirilməməlidir. Metodik sistemdə məqsədin nəticəyə çevrilməsi prosesində metoda təlim materialının hərəkət forması, təşkilat formasının (xüsusi halda dərsin) təlim materialı ilə ona adekvat seçilmiş metoda (birgə halda) məzmunu kimi baxmaq gərəkdir. Bu yanaşma təlimdə alqoritmik və evristik münasibətlərin tənzimlənməsi və təhsilalan mərkəzli təlimimin reallaşması baxımdan faydalıdır.

Açar sözlər: təlim; təhsilalan mərkəzli təlim; məzmun və forma; dərsin strukturu; didaktik və metodik struktur; analitik və evristik fəaliyyət; daxili altstruktur; məntiqi-psixoloji altstruktur.

Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI