Əsmət İdris qızı İsmayılxanova

TƏLİM PROSESİNDƏ MÜSAHİBƏ, DİSKUSİYA VƏ DEBATLAR VASİTƏSİLƏ ŞAGİRDLƏRİN YARADICI FƏALİYYƏTİNİN TƏTBİQİ İMKANLARI

Xülasə. Müəllif məqalədə qeyd edir ki, interaktiv təlim metodlarının tətbiqi təhsil islahatının prin­sip­lə­ri­nə əsaslanan məqsədləri, vəzifələri həyata keçirməyə, fənn müəllimini şagirdlərə istiqamətlənmiş dərs pro­se­sini təşkil etməyə, demokratik psixoloji-sosial mühit yaratmağa və obyektiv qiymətləndirmə sistemini tət­biq etməyə sövq edəcək. Bu cür yanaşmanın müsbət cəhəti real motivasiyanın yaradılması prosesidir. İdrak fəaliyyətinin gedişatında və inkişafında bu yanaşma məktəblinin təfəkküründə mövcud olan ziddiyyətlərin həl­linə əsaslanır.                      

Müəllifin fikrincə? interaktiv metodlardan- diskusiya və debatlardan, müsahibə üsullarından fənlərin təd­risində istifadə edilməlidir. Bu üsulların tətbiqi şagirdlər tərəfindən biliklərin mənimsənilməsinə, yeni-yeni elmi biliklərin “kəşf edilməsi”nə, bu biliklərin əlavələr edilməklə yenidən işlənməsinə, tətbiq edil­mə­si­nə, istənilən şəraitdə meydana çıxan problemlərin həllində şagird kollektivi ilə əməkdaşlıq etməyə, daha düz­gün, real vasitələr axtarıb tapmağa və öz bacarıqlarını nümayış etdirməyə münbit şərait yaradır.

Açar sözlər. debat, diskussiya, müsahibə, metod, əqli hücum, interaktiv təlim, kollektivçilik, taym-kipper, akvarium, spiker, hakim      

Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI