Zeynəb Tahir qızı Ələkbərova

İBTİDAİ SİNİFLƏRDƏ HƏYAT BİLGİSİ FƏNNİNİN TƏDRİSİNDƏ İNKİŞAFETDİRİCİ MÜHİTİN YARADILMASI ŞAGİRDLƏRİN TƏLİM MARAĞININ YÜKSƏLDİLMƏSİ AMİLİ KİMİ

Xülasə. İbtidai siniflərdə təhsilin keyfiyyətli olması səbəblərindən biri şagirdlərdə təlim marağının for­ma­laşdırılmasından ibarətdir. Bunun reallaşdırılması isə bir sıra amillərlə bağlıdır. Bu amillər içərisində təd­ris prosesində inkişafetdirici mühitin yaradılması xüsusi yer tutur. İnkişafetdirici mühit özünün bir sıra təsir im­kanları ilə təlimin maraqlı olmasına, şagirdlərin pedaqoji prosesdə fəal subyekt kimi iştirak etməsinə, tə­lim­də yüksək müvəffəqiyyətlərin əldə edilməsinə mühüm təsir göstərir. İbtidai siniflərdə tədris edilən “Həyat bil­gisi” fənninin bu sahədə həm böyük imkanları, həm də bu imkanları reallaşdırmaqla şagirdlərin həyati bi­lik, bacarıq və vərdişlərə yiyələnmələrində mühüm rolu vardır. Məqalə belə bir problemə həsr olunmuşdur. Mə­qalədə “Həyat bilgisi” fənninin tədrisi prosesində inkişafetdirici mühitin təsir imkanları araşdırılmış, apa­rıl­mış eksperimental tədqiqatın nəticəsi olaraq bu imkanların kiçikyaşlı şagirdlərdə təlim marağının yü­k­səldilməsində mühüm rol oynadığı əsaslandırılmışdır.

Açar sözlər: maraq; həyat bilgisi; inkişafetdirici mühit; dərs; inkişaf; kiçikyaşlı məktəbli


Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI