Mirvari İdris qızı Verdiyeva
COĞRAFİYANIN TƏDRİSİNDƏ DİYARŞÜNASLIQ İŞLƏRİNİN TƏŞKİLİNİN ƏHƏMİYYƏTİ
Xülasə. Coğrafiya həyat
elmi olduğundan bilik və bacarıqların müstəqil mənimsədilməsində diyarşünaslıq
işlərinin əhəmiyyəti əvəzolunmazdır. Tədris zamanı istənilən mövzuya uyğun
diyarşünaslıq işləri təşkil etmək mümkündür. Coğrafiya təbiəti öyrədir,
müşahidə isə coğrafiyanın əsasını təşkil edir. Diyarşünaslıq işləri şagirdlərə
mövcud olduğu təbiəti öyrənməyə, coğrafi müşahidələr aparmağa imkan verir.
Mövzuların tədrisi zamanı yaradıcı təşkil olunmuş diyarşünaslıq işləri şagirdləri
müşahidə aparmağa, coğrafi hadisə və prosesləri tədqiq etməyə əlverişli şərait
yaradır.
Açar sözlər: diyarşünaslıq
işləri, coğrafi müşahidə, müşahidənin təşkili, ekskursiya, coğrafi tədqiqat,
kameral müşahidə, vizual müşahidə
