Vidadi Ömər oğlu Orucov
FİZİKA TƏHSİLİNDƏ SÜNİ İNTELLEKTİN
DİDAKTİKASI: YENİ YANAŞMALAR
Xülasə:
Məqalədə
fizika təhsilində süni intellektin rolu və onun tədris prosesinə gətirə biləcəyi
yeniliklər araşdırılır. Fizika təhsilinin 21-ci əsr bacarıqları ilə
uyğunluğu, müəllimlərin dəyişən pedaqoji rolları və texnologiya ilə
interaktiv, tədqiqat yönümlü təlimin təşviqi vurğulanır. Süni intellektin təhsildə
gələcək perspektivləri və bu sahədə yeni tədqiqat istiqamətləri də təqdim
olunur.
Açar sözlər: informasiya cəmiyyəti, süni intellekt, 21-ci əsr bacarıqları, fizika təlimi, yeni pedaqoji bacarıqlar.
