Sevinc Xazay qızı Cәlilova

PEDAQOJİ İSTİQAMƏTDƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRƏ FİZİKANIN İNTEQRATİV TƏDRİSİNİN PEDAQOJİ STRATEGİYASI

Xülasə. Məqalədə pedaqoji istiqamətdə təhsil alan tələbələrə fizikanın inteqrativ tədrisinin müm­kün­lü­yü­nün və effektivliyinin nəzəri-metodoloji əsaslandırılmasına yönəlmiş tədqiqatın nəticələri təqdim olunur. Təd­qi­qa­tın yeniliyi humanistlik prinsipinə, kompetensiyaya əsaslanan yanaşmanın həyata keçirilməsi üçün tələblərin for­malaşdırılmasındadır. Bu tələblər əsasında fizikanın inteqrativ tədrisi üzrə pedaqoji strategiyanın istiqamətləri müəy­yən edilmişdir. Tədqiqat nəticələri fənnin məzmun xətlərinin ardıcıllıqla qraf şəklində dekompozisiya edil­mə­sinə imkan yaratmışdır. Bu isə öz növbəsində, məzmunlararası əlaqələri və iyerarxik strukturlaşdırmanı əks et­di­rən çevrilmiş matris formasında tədris məzmunu sisteminin yaradılmasına şərait yaratmışdır. Tədqiqat nəticələri təd­ris məzmununun hazırlanması məqsədilə fənlərin tematik planlaşdırılmasında istifadə oluna bilər.

Açar sözlər: fizika, inteqrasiya, inteqrativ təcrübə, pedaqoji strategiya

Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI