Maya Zahir qızı Heydərova, Nicat Mustafa oğlu Mustafayev, Süleyman Həsən оğlu Muradlı

X-XI SİNİF ŞAGİRDLƏRİNİN QÜVVƏ QABİLİYYƏTLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİ

Xülasə. Məqalədə qeyd edilir ki, müstəqillik əldə etmiş bir ölkə, o cümlədən bir xalq üçün şagirdlərin sağ­lamlığı, fiziki inkişafı bu gün vacib şərtlərdən biridir. Yaşadığımız hazırki dövrdə xalqımıza vətənin mü­dafiəsinə hazır olan sağlam, güclü, dözümlü, çevik gənclər lazımdır. Bu baxımdan böyüməkdə olan nəslin fizi­ki inkişafı, onların sağlamlığı, şəxsiyyət kimi formalaşması dövlətimizin diqqət mərkəzindədir. Həmçinin məqalədə qeyd edilir ki, fiziki tərbiyə insanın sağlamlığına möhkəm zəmin yaradır və güc qabiliyyətinin inkişafına müsbət təsir göstərir. O, cəmiyyətdə yaranan ümumtərbiyənin mühüm tərkib hissəsi olmaqla insanların iradəsini, hiss və fikirlərini birləşdirir, onlara sevinc və fərəh bəxş etməklə bərabər zərərli vər­diş­lərə qarşı nifrət yaradır. Bu o deməkdir ki, məktəbli gənc başa düşməlidir ki, xalqımıza, ordumuza sağ­lam, fiziki cəhətdən güclü, çevik, mübariz, iradəli, qorxmaz düşmənə layiqincə cavab verə biləcək oğullar lazım­dır. Ona görə də orta ümumtəhsil məktəblərində şagirdlərin, xüsusən də oğlanların sağlam, hərəki qabi­liy­yət­lərə yüksək səviyyədə yiyələnmiş gənclər kimi yetişməsində fiziki tərbiyə dərslərinin xüsusi rolu vardır.

Məqalədə fiziki tərbiyə dərslərində müəllimlərin güc qabiliyyətlərinın formalaşdırılmasında istifadə olunan metodlara aydınlıq gətirir və dəyərli tövsiyələr verilir.

Açar sözlər: fiziki tərbiyə, idman, fiziki qabiliyyətlər, güc qabiliyyətləri, hərəki bacarıqlar, fiziki inkişaf

Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI