Nicat Ramiz oğlu Əliyev

ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA İQTİSADİ TƏRBİYƏNİN ROLU

Xülasə. Məqalədə uşaqların gələcək iqtisadi həyatlarını düzgün qurmaları üçün onların iqtisadi tər­bi­yə­sinin lap erkən yaşlardan başlanmasının vacibliyi vurğulanmışdır. Göstərilir ki, əgər erkən yaşlardan eti­ba­rən uşaqlarda düzgün iqtisadi tərbiyə işi aparılsa, gələcəkdə onlar əsl kişi, əsl xanım kimi öz ailə tə­sər­rü­fat­la­rı­nı və şəxsi iqtisadi işlərini çox ustalıqla idarə edə biləcəklər. Uşaqlarda iqtisadi mədəniyyəti lap erkən yaş­lar­dan formalaşdırmaqla onlarda qənaətcillik, əməksevərlik, məsuliyyətlilik, dürüstlük, qayğıkeşlik, fəallıq, müs­təqillik, təşəbbüskarlıq, tədbirlilik, tələbkarlıq kimi şəxsiyyətyönümlü keyfiyyətlərin forma­laş­dı­rıl­ma­sı­nın mümkünlüyü izah olunur. Qeyd olunur ki, uşaqların iqtisadi tərbiyəsinin daha səmərəli olması üçün on­lar­da iqtisadiyyata idraki marağın yaradılması çox vacibdir. Sosial-iqtisadi həyatın müsbət norma və də­yər­lə­ri­nə idraki marağın formalaşdırılması şəxsiyyətin formalaşmasında iqtisadi tərbiyənin rolunu göstərir. İqti­sa­di tərbiyə nəticəsində uşaqlarda bir çox keyfiyyətlər üzə çıxarılır, inkişaf etdirilir və bununla da uşaqlar müx­tə­lif situasiyalarda adekvat hərəkət etmək və davranmaq bacarıqlarına sahib olurlar. Nəzəri tədqiqatlara və prak­tiki təcrübəyə əsaslanan meyar və göstəricilərin iqtisadi tərbiyə prosesində yeri və təsirləri araşdırılır, iq­ti­sadi tərbiyənin metod və üsulları göstərilir, mövzular təklif olunur. İqtisadi tərbiyədə layihə, hekayələr, söh­bət­lər, dialoqlar, didaktik oyunlar, modelləşdirmə kimi üsullardan istifadə olunur. Vurğulanır ki, süjetli di­dak­tik oyunlar əmək fəaliyyətini dərk etməyə və hər hansı bir mühitdə qaydalara düzgün riayət etməyə kö­mək edir. Uşaqlarda iqtisadi təfəkkürün inkişaf etdirilməsi, ətraf mühitə qayğıkeş münasibətin forma­laş­dı­rıl­ma­sında ailənin, valideynlərin rolu çox vacibdir.

Açar sözlər: iqtisadi tərbiyə, idraki maraq, uşaq təfəkkürü, pul, iqtisadi mədəniyyət

Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI