Sona İbrahim qızı Əliyeva
KİÇİKYAŞLI MƏKTƏBLİLƏRDƏ TƏFƏKKÜRÜN TƏNQİDİLİYİNİ MÜƏYYƏN ETMƏYƏ İMKAN VERƏN KEYFİYYƏTLƏR
Xülasə. Təlim-tərbiyə, təhsil sistemi gənc nəsildə
tənqidi təfəkkürü inkişaf etdirə və yaxud müvafiq vərdişlər formalaşdıra bilər.
Lakin fərdin tənqidi təfəkküründən istifadə etməsi, yəni o vərdişləri gündəlik
həyatında gerçəkləşdirə bilməsi və yaxud istifadə etməsi artıq mövcud sosial
şəraitdən, tənqidi təfəkkürə olan münasibətdən asılıdır. Ona görə gənc nəsildə
tənqidi təfəkkürün inkişaf etdirilməsi ilk növbədə tənqidi təfəkkürün gerçəkləşdirilməsi
üçün zəruri olan demokratik sosial şəraitdən və ya tənqidi təfəkkürə olan
sosial tələbatdan asılıdır.
Təfəkkürün tənqidilik
xüsusiyyətinin inkişafı təhsil sistemində mövcud olan təhsil, inkişaf və tərbiyə
taksonları ilə şərtlənir. Təlim tərbiyə prosesi vasitəsilə yaradılan sosial
inkişaf şəraitinin olması məktəblilərdə təfəkkürün tənqidilik xüsusiyyətinin
inkişafı üçün münbit mühitdir. İnteraktiv şəraiti biz təfəkkürün tənqidilik
xüsusiyyətinin inkişafı üçün daha münbit sosial şərait hesab edirik.
Açar sözlər: təfəkkürün
tənqidiliyi, inkişaf, müqayisə, məntiqi mühakimə, eksperiment
