Mələk Feruz qızı Kərimova, Nigar Rəhim qızı Hüseynova

BİRİNCİ KURS TƏLƏBƏLƏRİNİN UNİVERSİTET HƏYATINA UYĞUNLAŞMA PROSESİNDƏ PSİXOSOSİAL AMİLLƏRİN TƏHLİLİ 

Xülasə. Birinci kurs tələbələrinin ali təhsilə başlaması onların həyatında əsas mərhələlərdən biri hesab olunur. Bu dövrdə tələbələrin bir qismi yeni mühitə tez uyğunlaşsa da, digərləri emosional gərginlik, psixosomatik əlamətlər və sosial təcrid kimi çətinliklər yaşayırlar. Bəzi tələbələrin adaptasiyalarının uğursuz ol­ması onların təhsillərini yarımçıq qoymalarına səbəb olur. Bu isə tələbənin universitetə qarşı mənfi fikirlərinin formalaşmasına, ailə münasibətlərinin zəifləməsinə, karyera uğursuzluqlarına gətirib çıxara bilər. Məqalənin məqsədi, universitet həyatına uyğunlaşma prosesinə təsir edən psixososial amilləri – cinsiyyət, sosial dəstək, maddi vəziyyət, motivasiya, ev həsrəti və fərdi xüsusiyyətləri-nəzəri çərçivədə təhlil etmək və bu sahədə profilaktik yanaşmalar üçün elmi əsasları müəyyənləşdirməkdir.

Açar sözlər: birinci kurs tələbələri, universitetə uyğunlaşma, sosial dəstək, psixoloji simptomlar.

Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI