Aygün Kərim qızı Kərimov-Həmzəyeva
NİZAMİ GƏNCƏVİ
YARADICILIĞINDA AZAD QADIN SURƏTLƏRİ
Xülasə. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı o
qədər rəngarəng, o qədər şaxəlidir ki, onun yaradıcılığını müxtəlif
istiqamətlərdə öyrənirlər. Nizami Gəncəvinin əsərlərində qadın qəhrəmanlarından
yazmazdan öncə onun ümumi insan haqqındakı düşüncələrini bilmək yerinə düşər.
Belə ki Nizami Gəncəvi öz qəhrəmanlarını -insanları yazdığı əsərlərdə müəyyən
bir ideal səviyyədə görmək istəyirdi. Onun yaradıcılığında dövrün bütün
zümrələrindən, yəni çobandan tutmuş, şaha qədər müxtəlif surətlər verilib. Bunların
arasında qadın surətləri daha çoxdur. Bu surətlər həm aparıcı surətlərdir, həm
də simvolik surətlərdir. Şairin “Xəmsə”sinə daxil olan üç əsərinin adı məhz
qadın adları ilə bağlıdır.
Açar sözlər: Nizami, azad qadın, əsər, surət, islam dini,
humanistlik, demokratiya, müsəlman qadın
