Lamiyə Mübariz qızı Kərimova

ƏCNƏBİ SÖZLƏRİN DİLİMİZƏ TƏSİRİ

Xülasə. Məqalədə Azərbaycan dilinin qorunması və düzgün istifadəsi məsələləri araşdırılır. Təd­qi­qa­tın məqsədi dilimizdə yayılmış leksik və qrammatik yanlışlıqları müəyyənləşdirmək və onların aradan qal­dı­rıl­ması yollarını təklif etməkdir. Müzakirə olunan əsas problemlər arasında türkcədən və digər xarici dil­lər­dən alınan sözlərin düzgün istifadəsi, ictimai yerlərdə və reklam lövhələrində rast gəlinən dil qüsurları, tər­cü­mə səhvləri və orfoqrafik uyğunsuzluqlar yer alır. Nəticədə, Azərbaycan dilinin qorunması və inkişafı üçün dövlət qurumları və cəmiyyətin üzərinə böyük məsuliyyət düşdüyü, mediada və ictimai sahələrdə dil qay­da­larına ciddi nəzarətin vacib olduğu qənaətinə gəlinir.

Açar sözlər: Azərbaycan dili, dilin qorunması, leksik səhvlər, reklam dili, tərcümə problemləri, dil siyasəti, ictimai yazılar

 

Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI