Xurşud Cəlil qızı İsmayılova, Könül Tariyel qızı İbrahimova
BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA VƏTƏN SEVGİSİ VƏ MƏNƏVİ-ƏXLAQİ DƏYƏRLƏR
Xülasə. Məqalədə Bəxtiyar Vahabzadənin
yubileyi kontekstində onun yaradıcılığının tərbiyəvi aspektləri geniş təhlil
olunur. Məqsəd, böyük şairin irsini mənəvi-tərbiyəvi dəyərlər fonunda təqdim
etmək və onun əsərlərinin bu günün gəncləri üçün necə aktual olduğunu
göstərməkdir. Qeyd olunur ki, müasir
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə qədim və zəngin
ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində möhkəm mövqe tutub. Fəlsəfi-poetik
məzmunu olan bu ustadın yaradıcılığı insanı mənəvi ucalığa səsləməkdə davamlı
olaraq böyük rol oynamış, milli poeziyada və ədəbi-sosial düşüncədə vətənpərvərlik
ruhunun güclənməsinə, müstəqillik ideyalarının zənginləşməsinə xidmət etmişdir.
Məqalədə qeyd olunur ki, tarixi-mədəni dəyərlərə hörmət və doğma dilin
saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin əsas istiqamətlərindən
biri olmuşdur.
Açar sözlər: əsərlər, tərbiyəvi, ictimai, mənəvi, milli poeziya, ana obrazı
