Aygün Nizami qızı Abdullayeva
AZƏRBAYCAN
XALQ CÜMHURİYYƏTİ: SUVEREN DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN TƏMƏLİ VƏ KONSTİTUSİYA
DÜŞÜNCƏSİNİN BAŞLANĞICI
Xülasə. Bu məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin
formalaşdırdığı suveren dövlətçilik prinsipləri və həmin dövrdə konstitusiya
düşüncəsinin təşəkkül tapması məsələsi təhlil olunur. Tarixi mənbələr və dövrün
hüquqi sənədləri əsasında, Cümhuriyyətin milli hüquq sistemi quruculuğunda
atdığı addımların əhəmiyyəti izah edilir. Araşdırmada, dövlətçilik ənənələrinin
sonrakı dövrlərə təsiri və müasir hüquqi təfəkkürün ideya kökləri də ayrıca
diqqət mərkəzindədir. Məqalə, gənc tədqiqatçılar və tarix-hüquq sahəsində çalışanlar
üçün konseptual yanaşma təqdim edir.
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti,
dövlətçilik, suverenlik, konstitusiya düşüncəsi, hüquqi islahatlar, milli hüquq
irsi
