Ramilə Babək qızı İsmayılxanova

AYRI-AYRI YAŞ DÖVRLƏRİNDƏ ŞAGİRDLƏRİN PEŞƏ YÖNÜMÜNÜN ƏSAS MƏRHƏLƏLƏRİ

Xülasə. Müəllif yazmış olduğu bu məqalədə müasir dövrün ən aktual məsələsinə toxunmuşdur. Mə­qa­lədə hər bir yaş dövründə şagirdlərin peşəyönümü prosesinin mərhələ-mərhələ necə həyata keçirilməsini gös­tər­mişdir. Onun fikrincə I-IV, V-IX və X-XI siniflərdə peşəyönümü işlərinin xüsusiyyətləri və həyata ke­çiril­məsi məsələləri tamamilə fərqlidir. Müəllif qeyd edir ki, hər hansı peşəyə meyl göstərmək o peşəyə mə­həb­bə­tin göstəricisidir. Şagirdlər nə qədər kiçik vaxtlarından istənilən peşələr haqqında məlumat alsalar gələ­cək­də bu onların düzgün peşə seçmələrinə və öz həyatlarını düzgün istiqamətləndirmələrinə səbəb ola bilər.    Hər bir fənn müəllimi və yaxud sinif rəhbəri şagirdləri istehsalatın bütün sahələri ilə tanış etməli, bütünlüklə pe­şə­lər və ixtisaslar haqqında maarifləndirməlidir. Müəllifin fikrincə gələcəkdə təhsilini davam etdirməyə can atan hər bir şagird sevdikləri peşələr üzrə təhsil aldıqdan sonra fəaliyyət göstərəcəkləri əmək kollektivləri ilə sıx əlaqə yaratmalı və onların iş prinsipi ilə maraqlanmalıdırlar.

Açar sözlər. Peşəyönümü, peşə, ixtisas, özünüdərk, özünütərbiyə, özünüqiymətləndirmə, metod, maraq, qabiliyyət, bacarıq

Cild 92, №4 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI