Elvira Haqverdi qızı Kərimova

TƏLİM PROSESİNDƏ MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİNİN QURULMASINDA ƏMƏKDAŞLIQ PEDAQOGİKASININ TƏSİR ÜSULLARI

Xülasə. Elmi məqalədə əməkdaşlıq pedaqogikasının şagird şəxsiyyətinin formalaşdırılmasına təsir istiqamətləri göstərilmişdir. Bu zaman müəllif müəllim-şagird əməkdaşlığının uğurlu şəkildə təşkilinə təsir göstərən amilləri, məktəb pedaqogikasında yeni bir istiqamət kimi meydana gələn əməkdaşlıq metodikasının tətbiqi zamanı fərqli təsir üsullarını üzə çıxarmışdır. C. Hopkins tərəfindən işlənib hazırlanmış müəllim-şagird əməkdaşlığının formalaşmasına yönəldilən Student Team Learning (STL, komandada təlim) metodu, onun müsbət və mənfi tərəfləri, komanda oyunu üsulu, əməkdaşlıq təliminin təşkili ilə bağlı digər bir yanaşma cooperative learning və ondan istifadə yolları öz əksini tapmışdır. Eyni zamanda təlim-tədris prosesində müəllim-şagird əməkdaşlığının şagirdin qabiliyyətlərinin inkişaf etdirilməsinə təsiri imkanlarını ortaya qoyan mərhələlər və bu mərhələlərlə əməkdaşlıq üsullarının həyata keçirilməsi istiqamətləri ilə tanış olmaq mümkündür. Bu prosesdə müəllimin pedaqoji ustalığı və qrupu idarəetmə xüsusiyyətləri vacib amillər olaraq göstərilmişdir.

Açar sözlər: müəllim, şagird, əməkdaşlıq, pedaqogika, üsul, ünsiyyət

Cild 92, №4 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI