Sevinc Xazay qızı Cәlilova

FİZİKA FƏNNİNİN İNTEQRASİYA OLUNMUŞ TƏDRİSİNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ MODULLAŞDIRMA PRİNSPLİƏRİ

Xülasə. Məqalədə pedaqoji ixtisas hazırlığı üzrə təhsil alan tələbələrin fizika fənni üzrə inteqrativ tədrisin həyata keçirilməsində modul prinsipinin gözlənilməsinin zəruriliyinin əsaslandırılmasına yönəlmiş tədqiqatın nəticələri təqdim olunub. Tədqiqat, nəticələri bizim digər məqaləmizdə təqdim olunmuş inteqrativ tədrisə dair pedaqoji strategiyanın öyrənilməsinin davamıdır və ali təhsil müəssisəsində tədris prosesinin mo­delləşdirilməsi mexanizmini birbaşa nəticə kimi təqdim edir. Tədqiqatın yeniliyi onun nəticələri ilə müəyyən olunur, bu nəticələr isə pedaqoji alətlərin formalaşdırılmasına və bu alətlər vasitəsilə nəzəri və praktiki dərslərin qurulması üçün alqoritmin hazırlanmasına imkan yaradır. Tədqiqatın nəticələri təhsil sistemində aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılmasının mümkünlüyünü, fənnin məzmun blokunun mərhələli şəkildə alqoritmləşdirilməsi yolu ilə bir sıra vəzifələrin həllini göstərir. Tədris praktikasında bu tədqiqatın nəticələri fizika müəllimlərinin peşə hazırlığının keyfiyyətini artırmaq məqsədilə tədris prosesinin mərhələli həyata keçirilməsi ardıcıllığında təşkilində istifadə oluna bilər.

Açar sözlər: fizika; modelləşdirmə; modul tədris; sıralama qrafının struktur dekompozisiyası

Cild 92, №4 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI