Oqtay Kamil oğlu Alxasov
COĞRAFİYA TƏDRİSİNDƏ
MƏKAN-ZAMAN TƏFƏKKÜRÜNÜN FORMALAŞDIRILMASININ PSİXOLOJİ-PEDAQOJİ ASPEKTLƏRİ
Xülasə. Coğrafi
anlayışların formalaşdırılması şagird fəaliyyətinin təşkilində vacib mərhələdir.
Fənnin məzmununda aparıcı yer tutan məkan və zaman anlayışlarının siniflər
üzrə inkişafına diqqət yetirilməlidir. Coğrafi təfəkkürün inkişafı üçün bu anlayışların
dərketmə mərhələləri şərh edilmiş, mənimsənilməsi səviyyələri haqda məlumat
verilmişdir. Məqalədə anlayışların formalaşdırılmasının ümumidən fərdiyə
gedən yolu nəzərdən keçirilir.
Açar sözlər: məntiqi təfəkkür, coğrafi məkan, reproduktiv səviyyə, kreativ səviyyə, evrestik səviyyə, xəritənin legendası, əqli fəaliyyət
