Arzu Aydın qızı Aslanova
COĞRAFİYANIN
TƏDRİSİNDƏ MÜSTƏQİL İŞLƏRİN TƏŞKİLİ YOLLARI
Xülasə. Coğrafiya fənni üzrə
kurikulum şagird fəaliyyətinin yüksəldilməsini, onlarda həyati bacarıqların
formalaşdırılmasını tələb edir. Müstəqil işlər bu cəhətdən tədris prosesində həlledici
rola malik olmuşdur. Müstəqil işlər coğrafiya dərslərini tədris priyomlarının
möhkəmləndirilməsinə, şagirdlərin yeni bilikləri müstəqil qazanmalarına imkan
yaradır. Müstəqil işlərin tərtib olunması zamanı onların hansı tələblərə cavab
verməli olduğuna, onların təsnifatı və yerinə yetirilmə ardıcıllığına diqqət
yetirilmişdir.
Açar sözlər: tədris işi priyomu, praktik işlər, əqli fəaliyyət
üsulları, məntiqi çalışmalar, yeni təlim situasiyası
