Əliyənnağı Məhəmmədtağı oğlu Məhərrəmov

BİOLOGİYA TƏLİMİNDƏ LABORATORİYA İŞLƏRİNİN ZƏRURİLİYİ, TƏLİM KEYFİYYƏTİNƏ TƏSİRİ İMKANLARI

Xülasə. Məqalədə elm və texnikanın inkişafı ilə səciyyələnən indiki zamanda insanın formalaşması, təli­min dövrün ehtiyaclarına uyğun qurulması mühüm vəzifə kimi vurğulanır. Qeyd edilir ki, kurikulumun tət­biq olunduğu ölkəmizdə biologiyanın tədrisi sahəsində müəyyən problemlər qalır ki, onlardan da biri la­bo­ra­toriyalardan düzgün istifadə edilib-edilməməsidir. Məqalədə digər bir problemə də münasibət bildirilir, belə ki, biologiya müəllimləri laborator dərslərinə qeyri-ciddi yanaşırlar. Lazımi avadanlıqların, əyani va­si­tə­lərin olmaması da şagirdlərin laborator dərslərinə maraq göstərməməsinə şərait yaradır. Mövzunun fəaliyyət böl­məsində, yəni laboratoriya işində İKT-dən lazımınca istifadə olunmur, virtual laboratoriyalar kölgədə qalır. Deyilən bu problemin, çatışmamazlıqların həlli yolları məqalədə araşdırılır, müəyyən təkliflər verilir. Bio­logiya müəllimləri tədris prosesində, həm də tərbiyəçidir, şagirdlərdə dünyagörüşü formalaşdırırlar. Belə bir nəticəyə gəlinir ki, laboratoriya işlərinin təlim keyfiyyətinə çox böyük təsiri vardır, mənimsəməni asan­laşdırır, verilən bilik uzun müddət yadda qalır. Biologiya fənləri üzrə aparılan laboratoriya işlərində qarşıya qoyulan məsələlərin həlli müasir tələblərə uyğun həyata keçirilərsə, təlimdə yüksək keyfiyyət əldə etmək olar.

Açar sözlər: laboratoriya, təcrübələr, təlim metodları, bioloji proseslər, tədqiqatçılıq bacarıqları

Cild 92, №4 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI