Elnurə Fazil qızı Səfərova, Zərifə Rəsul qızı İsmayılova
BİOLOGİYANIN TƏDRİSİNDƏ YENİ DƏRS MODELLƏRİNİN TƏTBİQİ VƏ
MANEƏLƏR
Xülasə. Yeni dərs modelləri təhsildə
innovasiyaların tətbiqi ilə əlaqədar olaraq son illərdə geniş yayılmışdır.
Yeni dərs modelləri ənənəvi tədris metodlarından fərqli olaraq daha interaktiv
və şagirdyönlüdür. Lakin bu yanaşmaların tətbiqi
zamanı müəllimlər müxtəlif çətinliklərlə üzləşirlər. Ən çox rast gəlinən
problemlərdən biri resurs çatışmazlığı və metodiki dəstəyin yetərsizliyidir.
Eyni zamanda, müəllimlərin bu modellər üzrə təlim almaması tətbiqi çətinləşdirir.
Təhsil müəssisələrində texnoloji infrastrukturun zəifliyi də əsas maneələrdəndir.
Bütün bu çətinliklərə baxmayaraq, yeni dərs modellərinin tətbiqi tədrisin
keyfiyyətini artırmaq üçün mühüm imkanlar yaradır.
Açar sözlər: Biologiya, model, dərs, müasir, maneə
