Təranə Mayıl qızı Əkbəri
HƏYAT BİLGİSİ DƏRSLƏRİNDƏ ŞAGİRD FƏALLIĞINI ARTIRAN YANAŞMALARIN ŞAGİRDYÖNÜMLÜLÜK BAXIMINDAN TƏHLİLİ
Xülasə. Məqalədə ibtidai siniflərdə Həyat bilgisi fənninin tədrisində şagird fəallığını artıran yanaşmalar, xüsusilə şagirdyönlü təlim prinsipi çərçivəsində təhlil edilir. Şagirdyönlülük müasir pedaqoji sistemdə əsas istiqamət olaraq qəbul edilir və tədris prosesində şagirdin fəal iştirakını təmin etməyə xidmət edir. Məqalədə şagirdyönlü təlimin mahiyyəti, tətbiq metodları və bu yanaşmanın Həyat bilgisi dərslərində yaradıcı, tənqidi və araşdırmayönlü düşüncə bacarıqlarının inkişafına təsiri araşdırılır. Müəllimlərin rolu, interaktiv metodlardan istifadə, layihə və oyun əsaslı yanaşmaların tətbiqi ilə bağlı nümunələr və təkliflər verilir.
Açar sözlər: Həyat bilgisi, şagirdyönlü təlim, fəal təlim, layihə əsaslı öyrənmə, interaktiv metodlar, ibtidai sinif
