Qönçə Xanlar qızı Hacıyeva
ALİ MƏKTƏBLƏRİN AŞAĞI KURSLARINDA İNGİLİS DİLİNDƏ SORĞU-ƏSASLI DİL TƏDRİSİNDƏN İSTİFADƏ METODİKASI
Xülasə. Məqalədə ali məktəblərin aşağı kurslarında
ingilis dilinin tədrisində sorğu-əsaslı öyrənmə (IBL – Inquiry-Based Learning)
yanaşmasının metodik əsasları araşdırılır. Sorğu-əsaslı təlimin konstruktivist
nəzəriyyəyə əsaslanan prinsipləri, tələbələrin təşəbbüskarlığını, fəal
iştirakını və müstəqil düşünmə bacarıqlarını inkişaf etdirmə potensialı nəzərdən
keçirilir. Məqalədə sorğu növlərinin (strukturlaşdırılmış, nəzarət olunan,
istiqamətləndirilmiş və sərbəst sorğu) tətbiqi imkanları, dil bacarıqlarının
formalaşdırılmasında rolu və müəllim-tələbə qarşılıqlı fəaliyyətinin təşkili
kimi məsələlərə dair praktik və nəzəri yanaşmalar təqdim olunur. Təhlillər
göstərir ki, bu metodika tələbələrin yalnız dil biliklərini deyil, eyni zamanda
kommunikativ kompetensiyalarını və XXI əsr bacarıqlarını inkişaf etdirmək
baxımından mühüm əhəmiyyətə malikdir.
Açar sözlər:
sorğu-əsaslı təlim, müstəqil öyrənmə, strukturlaşdırılmış sorğu, kommunikativ
kompetensiya, təlim strategiyaları
