Nigar Nəsir qızı Niftəliyeva
QİYMƏTLƏNDİRMƏ PROSESİNİN NƏZƏRİ ƏHƏMİYYƏTİNİN TƏHSİL SİSTEMİNDƏ ROLU
Xülasə. Hazırkı dövrdə ibtidai təlim
prosesinin mühüm komponentlərini təşkil edən məktəbdaxili qiymətləndirmənin
kiçikyaşlı məktəblilərin fəaliyyətindəki təsir imkanlarını aşkara çıxarır.
Beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə işlərinin yeni məzmunu,
imkan və yolları haqda geniş məlumat əldə etmək, onların səmərəliliyini təmin
edən pedaqoji-metodik tövsiyələr hazırlamağa imkanı verir. Məqalədə ibtidai
təlimdə məktəbdaxili qiymətləndirmənin növləri də daxil olmaqla mövcud qiymətləndirmə
istiqamətlərinin (Beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə) yeni
imkan və yollarını müəyyənləşdirilmişdir. Həmçinin, hazırkı dövrdə kurikulum
yönümlü siniflərdə aparılan yeni qiymətləndirmədə qabaqcıl milli və beynəlxalq
təcrübə öyrənilmiş və ona psixoloji-pedaqoji və metodik təhlil verilmişdir.
Açar sözlər: diaqnostik qiymətləndirmə,
formativ qiymətləndirmə, summativ qiymətləndirmə
