Əsmət İdris qızı İsmayılxanova
İNTERAKTİV TƏLİM PROSESİNDƏ
PEDAQOJİ TEXNOLOGİYALARDAN İSTİFADƏ İMKANLARI VƏ YOLLARI
Xülasə.
Müəllif bu məqalədə interaktiv təlim prosesində pedaqoji texnologiyalardan
istifadə imkanları və yollarını araşdırmış və qeyd etmişdir ki, təlim prosesində
pedaqoji texnologiyalar təhsilin məqsədi, məzmunu, nəticəsi kimi çıxış edir.
Eyni zamanda təlim texnologiyaları elmi, ardıcıl və sistemli şəkildə tətbiq edilərsə
təhsilin əsas hissəsinə çevrilir. Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin
formalaşmasına yardım edir. Müəllif qeyd edir ki, təhsil o zaman səmərəli
hesab olunur ki, tədris prosesini inkişaf etdirən, təkmilləşdirən fənn müəllimlərinin
bilikləri müasir tələblərə cavab vermiş olsun.
Ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin
yüksəldilməsi ilə bərabər tərbiyə sisteminin inkişafı da diqqət mərkəzində
saxlanılmalıdır. Təhsil sistemində milli-mənəvi dəyərlərimizə üstünlük verilməli,
məktəblərdə demokratiklik bərqərar olmalı, müsbət psixoloji mühit yaradılmalı,
həm müəllimlər, həm də şagirdlər öz hüquq və vəzifələrini başa düşməlidirlər.
Açar sözlər.
pedaqoji texnologiyalar, interaktiv metodlar, layihələr metodu, şagird çantası,
demokratiklik, keyfiyyət, diferensiallaşma
