Kənan Tacəddin oğlu Allahverdiyev

PEŞƏ TƏHSİLİ İXTİSASLARINDA ELEKTRON TƏHSİLİN İSTİFADƏSİ: MÖVCUD NƏZƏRİ YANAŞMALARIN SİSTEMLƏŞDİRİLMƏSİ

Xülasə. Peşə təhsili son dövrlərdə dünyanın gedişatına təsir göstərən geostrateji dəyişiklərin yol açdığı problemlərlə üzləşir. Müasir texnoloji inkişaf, dünyada iqtisadi gücün ölkələr arasında yenidən paylanması, şəhərlərin sürətlə genişlənməsi və demoqrafik dəyişiklər peşə təhsilinə əmək bazarının və cəmiyyətin ehtiyaclarına daha yaxşı cavab verməsi daha vacib hala gəlmişdir. Getdikcə daha geniş vüsət almaqda olan elektron təhsil peşə təhsili müəssisələrində tədris fəaliyyəti keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli bir yol kimi qəbul edilir. Bu haqda kifayət qədər tədqiqatların olmasına baxmayaraq, hələ də elektron təhsil vasitələrinin istifadəsi ilə öyrənmənin mənfi və müsbət cəhətləri arasında fikir ayrılıqları mövcuddur. Bundan başqa, aparılmış bəzi tədqiqatlar şirkətlərdə elektron təhsilə olan marağın getdikcə azaldığını göstərir. Peşə təhsili sahəsində elektron təhsilin təsirlərini nələrə yol açdığını öyrənmək və mənfi və müsbət cəhətlərini müəyyən edərək, ondan daha səmərəli istifadəni təmin etmək üçün müxtəlif ədəbiyyatları nəzərdən keçirdik. Mənbələri araşdırandan sonra belə bir nəticəyə gəldik ki, öyrənənlər və elektron təhsil təminatçıları üçün bu olduqca səmərəli bir üsuldur, sadəcə, riskləri minimuma endirmək üçün elektron və əyin təhsil formalarından hibrid formada istifadə edilə bilər və daha effektiv olması üçün e-təhsil üçün hazırlanmış konsepsiyalar inkişaf etdirilməlidir.

Açar sözlər: Peşə təhsili, elektron təhsil, rəqəmsallaşma, onlayn öyrənmə, distant təhsil, təhsil texnologiyaları, e-təhsilin üstünlükləri, e-təhsilin çatışmazlıqları

Cild 92, №4 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI