Gülgün Sərxan qızı Novruzova, Fidan Zəmani qızı Əskərova
TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İNKLÜZİV TƏLİMİN TƏŞKİLİ YOLLARI
Xülasə. İnklüziv təhsil təkcə
pedaqoji yanaşma deyil, həm də sosial ədalətə və cəmiyyətin davamlı inkişafına
xidmət edən sistem kimi çıxış edir. O, fərdi potensialı üzə çıxararaq tolerant
və inteqrasiya olunmuş cəmiyyətin formalaşmasına zəmin yaradır. Bu yanaşma
bütün şagirdlərin təhsil prosesində bərabər şəkildə iştirakını təmin edir və
onları cəmiyyətin fəal üzvünə çevirir. Fiziki, zehni və ya sosial fərqliliklərə
malik olan uşaqlar üçün yaradılan bərabər imkanlar onların özlərini dəyərli və
qəbul olunmuş hiss etmələrinə şərait yaradır. Belə bir mühitdə təhsil alan
uşaqlar bir-birlərini olduğu kimi qəbul etməyi, əməkdaşlıq etməyi və fərqliliklərə
hörmətlə yanaşmağı öyrənirlər.
Məqalədə inklüziv təlimin
təşkili yolları təsvir olunur.
Açar sözlər: İnklüziv
təhsil, sosial ədalət, davamlı inkişaf, fərdi yanaşma, xüsusi təhsil
ehtiyacları, tolerantlıq, inteqrasiya
