Ülviyyə Kamil qızı Bəşirli

NƏRİMAN HƏSƏNZADƏNİN QATAR’ ŞEİRİ TƏRBİYƏ VASİTƏSİ KİMİ

Xülasə. Nəriman Həsənzadənin Qatar” şeiri zaman anlayışı üzərində simvolik düşüncəni əks etdirir. Şair həyatın sürətlə ötüb keçməsini hərəkətdə olan qatar obrazı ilə ifadə edir. O, xüsusilə gənclərin zamanı də­yərincə qiymətləndirmədiyini vurğulayır. Şeirdəki bədii təsvirlər oxucunu hər anın qədrini bilməyə çağırır. Qa­tar burada taleyin rəmzi kimi çıxış edir və heç kimi gözləmədən hərəkət edir. Həsənzadə zaman keçdikdən son­ra onun geri qaytarılmasının mümkünsüzlüyünü xatırladır. O, gənc nəslə birbaşa müraciət edərək, hə­yat­da məqsədyönlü və ayıq olmağa səsləyir. Şeirin emosional tonu onun fəlsəfi dərinliyini artırır. Şair lirik ifa­də­lərlə həyat mərhələlərinin dəyərini çatdırır. Qatar” şeiri nəticə etibarilə zamanın qiymətli olduğunu ha­mı­ya xatırladan ümumbəşəri bir çağırışa çevrilir.

Açar sözlər: zaman, gənclik, həyatın keçiciliyi, taleyin qatarı, çağırış

Cild 92, №4 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI