Akif Nurağa oğlu Abbasov
“HEÇ KİM SƏNİ GÖMƏYƏNDƏ” TƏRBİYƏ TEXNOLOGİYASI: MAHİYYƏTİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, MƏZMUNU
Xülasə. Tərbiyə texnologiyalarından
istifadə etməklə şagirdlərdə və tələbələrdə
mənəvi keyfiyyətlərin formalaşdırılması və daha da inkişaf etdirilməsi mümkündür. Bu sahədə tərəfimizdən müəyyənləşdirilmiş
“Heç kim səni görməyəndə” tərbiyə texnologiyasının özünəməxsus rolu vardır. Təhsilalanlarda
vətənpərvərlik, düzlük və doğruçuluq, böyüyə hörmət, gözütoxluq, xeyirxahlıq və yaxşılıq,
humanizm, vicdanlılıq, alicənablıq, mərdlik, insanpərvərlik və s. mənəvi keyfiyyətlərin
inkişaf etdirilməsində “Heç kim səni görməyəndə” tərbiyə texnologiyasının tətbiqi
səmərəli nəticələr verir.
Məqalədə “Heç kim
səni görməyəndə” tərbiyə texnologiyasının mahiyyəti, məqsəd və vəzifələri, məzmunu
diqqətə çatdırılır.
Açar sözlər: texnologiya,
pedaqoji texnologiya, təhsil
texnologiyası, tərbiyə
texnologiyası, “Heç kim səni görməyəndə” tərbiyə texnologiyası, tərbiyə texnologiyasının tətbiqi
