Ənvər Məhəmməd oğlu Abbasov

ELMİ-PEDAQOJİ YAZILARIN DİLİ: NƏZƏRİ VƏ PRAKTİK ASPEKTLƏR

Xülasə. Elmi-pedaqoji jurnallar elmi biliklərin yayılması, pedaqoji təcrübələrin paylaşılması və aka­de­mik diskursun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu jurnalların dili yalnız infor­ma­si­ya ötürmək vasitəsi deyil, həm də elmi düşüncənin, metodoloji yanaşmaların və müəllif mövqeyinin ifadə olun­duğu diskursiv alətdir. Məqalədə elmi-pedaqoji yazıların dili funksional, stilistik və üslubi baxımdan təhlil olunur, mövcud problemlər araşdırılır və onların həlli yolları təklif edilir. Tədqiqat Azərbaycan dilində nəşr olunan jurnallara əsaslansa da, müqayisəli təhlil yolu ilə ingilis və rus dillərindəki nümunələr də nəzər­dən keçirilir.

Nəticədə müəyyən olunur ki, Azərbaycan jurnallarında struktur sabitliyi və elmi obyektivlik müsbət meyl­lər kimi mövcuddur. Lakin terminoloji sabitlik, sintaktik yığcamlıq, ifadə dəqiqliyi və metodoloji əsas­lan­dırma baxımından hələ də inkişaf potensialı mövcuddur. Xüsusilə müəllif mövqeyinin passiv şəkildə ifa­dəsi, elmi arqumentasiyanın zəif qurulması və bəzi məqalələrdə emosional üslubun üstünlük təşkil etməsi elmi diskursun keyfiyyətinə mənfi təsir göstərir.

Araşdırma göstərir ki, elmi-pedaqoji yazının dili yalnız texniki alət deyil, həm də pedaqoji vasitə kimi çıxış etməlidir. Ona görə də bu sahədə davamlı təkmilləşmə, terminoloji standartların formalaşdırılması və akademik yazı bacarıqlarının inkişaf etdirilməsi mühüm ehtiyac olaraq qalır.

Açar sözlər: elmi üslub, pedaqoji diskurs, elmi jurnallar, akademik yazı, dil və üslub, Azərbaycan dili

 

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI