Əsmət İdris qızı İsmayılxanova

TƏHSİL SİSTEMİNDƏ ƏLVERİŞLİ FƏALİYYƏTİN İNKİŞAF DİNAMİKASI

Xülasə. Məqalə çox aktual bir məsələyə, təhsil sistemində əlverişli fəaliyyətin inkişaf dinamikasına həsr olunmuşdur. Müəllif qeyd edir ki, müasir dövrdə ümumtəhsil müəssisələrinə rəhbərlik edənlərin ək­sə­riy­yəti məktəbdə təhsilin keyfiyyətinə xüsusi diqqət göstərirlər. Lakin demək lazımdır ki, bu çox da asan mə­sə­lə deyil. Ona görə də müvəffəqiyyətli təlim-tərbiyə prosesinə mane olan, inkişafına ciddi dərəcədə təsir edən amillər mövcuddur ki, bu amillərin aradan qaldırılması çox vacib məsələdir. Odur ki, istənilən cə­miy­yət­də təlim-tərbiyə məsələləri şagirdlərin marağına uyğun təşkil olunmalıdır. Əks təqdirdə durmadan dəyi­şən, qloballaşan dünyada cəmiyyətə problemlər yaranmağa başlayır.      

Müəllif haqlı olaraq bildirir ki, ümumtəhsil məktəblərində şagirdlərin fərdi xüsusiyyətləri, imkanları, ba­carıq və qabiliyyətləri nəzərə alınmalı, təhsil prosesinin diferensiallaşdırılması diqqət mərkəzində sax­la­n­ma­lıdır.

Müəllifin fikrincə, işinin peşəkarı olan müəssisə rəhbəri strateji plan düşünməli, bütün vasitələrdən isti­fadə edərək pedaqoji kollektivi inandırmalı, yeri gələrsə kollektivinə güvənərək onlara arxalanmalıdır. Yal­nız belə olduqda müəssisədə səmərəli tədris-tərbiyə prosesini təşkil etmək mümkündür.     

Açar sözlər: qloballaşma, ekoloji problem, demokratikləşdirmə, humanitarlaşma, inteqrasiya, fərdiləşdirmə, diferensiallaşdırma, dinamika, innovasiya 

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI