Fidan Knyaz qızı Babayeva
TƏHSİLİN HUMANİSTLƏŞDİRİLMƏSİ PROSESİNİN ŞƏXSİYYƏTYÖNLÜ TƏHSİLLƏ ƏLAQƏLƏNDİRİLMƏSİ KONSEPSİYALARI
Xülasə. Müəyyənləşdirilir
ki, humanistyönlü təlim-tərbiyə müəllim fəaliyyəti və təhsilin məzmunu ilə
bilavasitə bağlıdır. Ona görə də, bu bağlılıq nəzərə alınaraq hər bir fənn üzrə
humanist potensialın üzə çıxarılması vacibdir. Təhsilin humanistyönlü olması
müəllimin özünün humanistyönlü olması ilə də bağlıdır, və bu özünü müəllimin şəxsi
keyfiyyətlərində göstərir. Bu, müasir dünyanın ümumbəşəri proseslərinin inkişaf
tendensiyalarında bir istiqamət, qlobal düşünmək və bilikləri ətraf aləmlə əlaqələndirmək
bacarığıdır.
Müəyyənləşdirilmiş
pedaqoji şərtlərə riayət edilməsi təlim prosesində şagirdə humanist yanaşmanı
həyata keçirməyə tələbələrin keyfiyyətli hazırlanmasını təmin edir.
Açar sözlər: şəxsiyyətyönlü təhsil, humanistyönlü pedaqogikanın prinsipləri, təhsilin humanistləşdirilməsi, şəxsiyyət nəzəriyyəsi, təhsil konsepsiyası
