Günay Hümbət qızı Məmmədzadə
YENİYETMƏLİK DÖVRÜNDƏ BULLİNQ HALLARININ PEDAQOJİ TƏHLİLİ VƏ PROFİLAKTİKASI
Xülasə. Məqalədə
yeniyetməlik dövründə baş verən bullinq hallarına pedaqoji cəhətdən yanaşılmış,
qarşısının alınması üçün profilaktik yanaşmalar irəli sürülmüşdür. Tədqiqatda
yeniyetməlik dövrünün psixoloji və sosial xüsusiyyətləri nəzərə alınaraq, qız
və oğlanlar arasında bullinq növlərinin yayılma formaları müqayisəli şəkildə
təqdim olunmuşdur. Məqalədə həmçinin yeniyetməlik dövründə baş verən intihar
hallarında bullinq hallarının təsiri də təqdim olunaraq məsələnin ciddiliyinə
nəzər yetirilmişdir. Problemin həlli istiqamətində lider şagirdlərin sosial təsiri,
müsbət məktəb mühiti, valideyn və məktəb işbirliyi, bullinqlə bağlı məlumatlandırıcı
seminarların təşkili təklif olunmuşdur.
Açar sözlər: bullinq, yeniyetmə, intihar, lider şagird, mübarizə
