Fəridə Tofiq qızı Xudiyeva

TƏLİM PROSESİNDƏ MÜSBƏT MOTİVASİYANIN YARADILMASINDA MÜƏLLİMLƏRİN ƏHƏMİYYƏTLİ ROLU

Xülasə. Mütəxəssislərin bir qismi təlim fəaliyyəti prosesində məktəbli şəxsiyyətinin inkişafının əsas hərə­kətverici qüvvəsi kimi ünsiyyəti qeyd edir. Müəllim ünsiyyət üçün lazımı sistemləşdirici şəraiti yarada bilirsə şagirddə sosil motiv yaranır. Sosial motivlər başqalarına faydalı olmaq istəyi ilə bağlıdır. Bu zaman şa­gird komanda ilə işləmək, əməkdaşlıq, yoldaşları ilə səmimi münasibət qurmaq bacarıqlarını əldə edir. Şa­gir­din kollektivdə müəyyən status qazanmaq istəyi niyyət motivi ilə bağlıdır. Bilik əldə etmək, öyrənmə fəa­liy­yətindən zövq almaq koqnitiv motivlərlə bağlıdır. Qrupdakı şagirdlərin münasibətləri davranış və özünü­təs­diq ehtiyacları ilə əlaqələndirilir. Bu ehtiyac məktəblinin inkişaf etməsinin göstəricisidir. Burada şagirdin özünü­qoruma, özünütəsdiq ehtiyacları da reallaşır. Özünüqoruma fizioloji inkişaf səviyyəsində, özünütəsdiq isə məktəblinin şəxsi inkişafının daha yüksək səviyyəsində üstünlük təşkil edir. Təlim prosesində şagird sub­yekt kimi çıxış edir. Bu şagirdin cəmiyyətdə öz yerini tutmasına nail olmaq və buna can atma motivi ilə müəy­yən olunur. Cəmiyyətdə öz yerini tutma motivi təhsil prosesində təlim fəaliyyətinin əsaslarının forma­laş­masına yardım edir.

Açar sözlər: təlim, şəxsiyyət, şagirdlər, inkişaf, cəmiyyət

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI